Dövlət təhsil müəssisələrində təhsil hüququ ilə bağlı təminatlar müəyyənləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Dövlət standartlarını əhatə edən tam orta təhsil dövlət məktəblərində ödənişsiz olacaq.
Məktəblər beynəlxalq akkreditasiyadan keçmiş əlavə təhsil proqramlarını ödənişli əsaslarla təşkil edə biləcəklər.
Qanuna əsasən, ümumi təhsil müəssisələrində formal təhsil həyata keçiriləcək.
