Qanunda ucqar yaşayış məntəqələri üçün xüsusi qaydalar nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, “Ümumi təhsil haqqında” qanunda əksini tapıb.
Ucqar kəndlərdə ibtidai və ümumi orta məktəblər azkomplektli formada fəaliyyət göstərə bilər.
Şagird sayı az olduqda komplekt siniflərin yaradılmasına icazə verilir.
Bundan əlavə, ibtidai sinif şagirdləri üçün günüuzadılmış qrupların təşkili də nəzərdə tutulur.
