
Sosial sığorta və işsizlikdən sığorta üzrə sərbəst vəsaitlərin investisiyasından əldə olunan gəlirlər üçün vergi güzəşti müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Güzəşt “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” qanunlara uyğun formalaşan investisiya gəlirlərinə şamil olunur.
Bu yanaşma sosial sığorta fondlarının maliyyə dayanıqlığını artırmağa xidmət edir.
Beləliklə, investisiyalardan əldə olunan gəlirlər mənfəət vergisindən azad edilir.
