Mənfəət vergisindən azad edilən fəaliyyət və gəlirlərin dairəsi Vergi Məcəlləsində ətraflı müəyyən edilib.

Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.

Sənaye və texnologiyalar parklarının rezidentləri üçün müxtəlif müddətlərə mənfəət vergisi güzəştləri nəzərdə tutulur. Eyni zamanda investisiya təşviqi sənədi almış hüquqi şəxslər də müəyyən müddət ərzində vergi güzəştindən istifadə edə bilirlər. Qanunda müxtəlif sahələr üzrə iqtisadi fəallığın artırılmasına yönəlmiş vergi stimulları əks olunub.