Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsinə dövlət nəzarətinin yeni mexanizmləri müəyyənləşdirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, nəzarət qanunvericiliyin tələblərinə əməl olunmasını təmin etməyə yönəlib.
Bununla yanaşı, qiymətli metalların və qiymətli daşların təbii ehtiyatlarından səmərəli istifadə əsas məqsədlərdən biri kimi göstərilib.
Ekoloji cəhətdən təhlükəsiz texnologiyaların tətbiqinə də dövlət nəzarəti həyata keçiriləcək.
Həmçinin bu sahədə məhsulların və ehtiyatların qorunması qaydalarına riayət olunması yoxlanılacaq.
Beləliklə, qanun qiymətli metalların dövriyyəsində təhlükəsizlik və şəffaflığın artırılmasını nəzərdə tutur.
