Azərbaycanda qiymətli metallardan hazırlanan zərgərlik məmulatları üçün tətbiq edilən rəsmi əyar standartları müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, platin üçün 900 və 950 əyar tətbiq edilir.
Qızıl məmulatları 375, 500, 585, 750, 958 və 999 əyarla hazırlanır.
Fiziki şəxslərin sifarişi əsasında isə 583 əyarlı qızıldan zərgərlik məmulatlarının hazırlanmasına icazə verilir.
Gümüş üçün 800, 830, 875, 925, 960 və 999 əyar, palladium üçün isə 500 və 850 əyar müəyyən edilib.
Bu standartlar ölkədə istehsal olunan zərgərlik məmulatlarının keyfiyyətinə vahid yanaşmanı təmin edir.
