Qiymətli metalların və qiymətli daşların istehsalı, emalı, istifadəsi və dövriyyəsi sahəsində dövlət tənzimlənməsinin əsas istiqamətləri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, dövlət bu sahədə qanunvericiliyə əməl olunmasına nəzarət mexanizmlərini müəyyən edir.
Qiymətli metallar və qiymətli daşlarla bağlı ayrı-ayrı fəaliyyət növlərinə xüsusi razılıq verilməsi nəzərdə tutulur.
Emal edilməmiş qiymətli daşların, o cümlədən təbii almazların çeşidlənməsi, təsnifləşdirilməsi və qiymətləndirilməsi üzrə dövlət nəzarəti həyata keçiriləcək.
Həmçinin qiymətli metalların və qiymətli daşların idxalı, ixracı və sertifikatlaşdırılması qaydaları müəyyənləşdirilir.
Qanun bu sahədə fəaliyyət göstərən subyektlər üçün vahid dövlət nəzarəti mexanizmi formalaşdırır.