Qiymətli metallar və qiymətli daşların hüquqi anlayışları və əsas kateqoriyaları müəyyənləşdirilib.

Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.

Qanunda qiymətli metallara qızıl, gümüş, platin və platin qrupu metalları aid edilir. Qiymətli daşlar sırasında almaz, zümrüd, yaqut, sapfir və aleksandrit göstərilir. Bank metalları, əyar, affinaj və rekuperasiya anlayışları da ayrıca izah olunur. Emal edilməmiş almazların hüquqi anlayışı da qanunda öz əksini tapıb. Qeyd olunur ki, qiymətli metalların və qiymətli daşların siyahısı yalnız qanunla dəyişdirilə bilər.