Qiymətli metalların hansı metalları əhatə etdiyi və hansı formalarda mövcud ola biləcəyi dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanuna əsasən, qızıl, gümüş, platin və platin qrupu metalları qiymətli metallar hesab olunur.
Bu metallar külçə, xammal, ərinti, yarımfabrikat, sənaye məhsulu, zərgərlik məmulatı və digər formalarda ola bilər.
Onların kimyəvi birləşmələri, sikkələri, qırıntıları və tullantıları da qiymətli metallar kateqoriyasına daxildir.
Qanun bu anlayışın tətbiq dairəsini dəqiq müəyyənləşdirir.
Bu yanaşma qiymətli metallarla bağlı hüquqi münasibətlərin vahid qaydada tənzimlənməsinə xidmət edir.
