Azərbaycan Respublikasında notariat fəaliyyəti bu qanunla nəzərdə tutulmuş notariat hərəkətlərini aparmağa səlahiyyət verilmiş şəxslər tərəfindən həyata keçirilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Notariat fəaliyyətinə hüquqların və hüquqi əhəmiyyətli faktların təsdiqi, rəsmi və doğru sənədlərin tərtibi daxildir.
Bu fəaliyyət yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilə bilər.
Ələt azad iqtisadi zonasında isə notariat fəaliyyəti ayrıca qanunla tənzimlənir.
