Notariusların seçimini həyata keçirən ixtisas komissiyasının tərkibi qanunla müəyyən olunur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Komissiyaya iki təcrübəli notarius, bir hüquqşünas-alim, müvafiq icra hakimiyyəti orqanının iki əməkdaşı və iki təcrübəli hüquqşünas daxil edilir.
Komissiyanın sədri üzvlərin özləri tərəfindən seçilir.
Komissiyanın təşkilati təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.