Notariusların seçimi və peşə fəaliyyətinə buraxılması üçün yaradılan ixtisas komissiyasının tərkibi qanunla müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Komissiyaya iki təcrübəli notarius, bir hüquqşünas-alim, müvafiq icra hakimiyyəti orqanının iki əməkdaşı və iki təcrübəli hüquqşünas daxil edilir.
Komissiyanın sədri üzvlərin öz aralarından seçilir.
Komissiyanın fəaliyyətinin təşkilati təminatını müvafiq icra hakimiyyəti orqanı həyata keçirəcək.