
Dövlət notariuslarının notariat hərəkətləri ilə bağlı olmayan xidmətlərdən əldə etdiyi vəsait xüsusi hesaba köçürüləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu vəsait dövlət notariat ofislərinin və dövlət notariat arxivinin saxlanılması üçün istifadə olunacaq.
Əlavə xidmət haqları barədə məlumatlar notariat ofislərində görünən yerdə yerləşdirilməlidir.
Bu tələb xidmət haqlarının şəffaflığını təmin etməyə xidmət edir.
