Notariusun özünün və yaxın qohumlarının adına notariat hərəkətləri aparması qadağandır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Qadağa həyat yoldaşı, valideynlər, uşaqlar, nəvələr, babalar, nənələr, bacı-qardaşlar, əmi, dayı, bibi, xala və onların uşaqlarını da əhatə edir.
Eyni qadağa notariusla bir yerdə işləyən şəxslərin adına və onların adından aparılan hərəkətlərə də şamil olunur.
Bu məhdudiyyət maraqlar toqquşmasının qarşısını almağa xidmət edir.