İntizam pozuntusu ilə bağlı məlumat daxil olduqda xüsusi notarius barəsində araşdırma aparılır.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Araşdırma zamanı notariusdan yazılı izahat alınır və izahat verməkdən imtina etməsi rəsmiləşdirilir.
Zərurət yarandıqda notariat fəaliyyətinə nəzarət edən qurum vasitəsilə yoxlama da təyin oluna bilər.
Yoxlama qanunla müəyyən edilmiş qaydada həyata keçirilir.