Qanun müəyyən hallarda notariat hərəkətlərinə görə dövlət rüsumu və xidmət haqqının tutulmamasını nəzərdə tutur.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Notariat işinə əlavə edilən sənədlərin surətlərinin təsdiqinə görə ödəniş alınmayacaq.
Elektron informasiya sistemlərindən əldə edilən sənədlərin kağız daşıyıcısına keçirilərək təsdiqlənməsi də ödənişsiz olacaq.
Bu hallarda xidmət haqqı da tutulmur.