Notarius olmaq istəyən şəxslərin bilik və peşə hazırlığı bir neçə mərhələdə qiymətləndiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
İxtisas komissiyası namizədlərin sənədlərinə baxacaq, imtahan qəbul edəcək və müsahibə keçirəcək.
Komissiya icbari təlimin nəticələrini də qiymətləndirəcək.
Yekunda şəhadətnamənin verilməsi və ya verilməsindən imtina barədə qərar qəbul olunacaq.