İxtisas komissiyası namizədlərin sənədlərinə baxır və onların peşə hazırlığını qiymətləndirir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Komissiya imtahan və müsahibələr keçirərək namizədlərin icbari təlimə buraxılması barədə qərar qəbul edir.
İcbari təlimin nəticələri də komissiya tərəfindən qiymətləndirilir.
Yekunda şəhadətnamənin verilməsi və ya bundan imtina olunması barədə qərar qəbul edilir.
