“Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq.
Heftelik.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.
Fərmana əsasən, pilotsuz uçuş aparatlarının dövriyyəsinə xüsusi icazənin verilməsi və qeydiyyatının aparılması, eləcə də pilot (operator) şəhadətnaməsi, əməliyyat icazəsinin, istismarçı sertifikatının və model PUA klublarına və assosiasiyalarına icazələrin verilməsi məqsədilə “Mülki pilotsuz uçuş aparatlarının idarə edilməsi” informasiya sistemi yaradılacaq.
