Notariat fəaliyyəti ilə peşəkar şəkildə məşğul olan şəxs notarius hesab edilir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Notarius olmaq istəyən şəxs ali hüquq təhsilinə və hüquqşünas ixtisası üzrə azı üç illik iş stajına malik olmalıdır.
Namizədin peşə bilikləri və mənəvi keyfiyyətləri də qiymətləndiriləcək.
Yalnız bu tələblərə cavab verən Azərbaycan vətəndaşları notarius ola biləcəklər.