Vakant dövlət notariusu vəzifəsinin icrası müvəqqəti olaraq başqa şəxsə həvalə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu vəzifə qanunda nəzərdə tutulmuş tələblərə cavab verən digər ədliyyə işçisinə verilə bilər.
Müvəqqəti təyinatın müddəti 18 ayı keçməyəcək.
Bu qayda notariat xidmətlərinin fasiləsiz göstərilməsinə şərait yaradır.