Notariat sənədləri müəyyən hallarda hüquq-mühafizə orqanlarına təqdim oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu yalnız konkret cinayət və ya mülki iş üzrə qəbul edilmiş qərar əsasında mümkündür.
Sənədlər götürülməzdən əvvəl notarius müvafiq qərarla tanış edilməlidir.
Sənədlərin götürülməsi protokolla rəsmiləşdirilir və onun surəti notariusa verilir.
