Tanınmış stilist Anar Ağakişiyev Çinin Quançjou şəhərində xoşagəlməz olayla üzləşib.
Heftelik.az xəbər verir ki, stilist bu barədə sosial şəbəkə hesabında məlumat verib.
Anar Ağakişiyev deyib ki, pasport nəzarəti zamanı çantasında olan poverbank qəfil partlayıb, alov üzünə qədər yüksəlib. Nəticədə Anar Ağakişiyev dodaq və burnundan xəsarət alıb, saçına da ziyan dəyib.
O, hazırda həkimə getdiklərini bildirib və izləyicilərinə poverbankları uşaqlardan uzaq saxlamağı tövsiyə edib.
Anar Ağakişiyev hadisədən sonra çantasının vəziyyətini də nümayiş etdirib. Görüntülərdə powerbankın partlaması nəticəsində çantanın zədələndiyi görünür.
