Xüsusi notariusların müştərilər qarşısındakı məsuliyyətini təmin etmək məqsədilə zəmanət kassası fəaliyyət göstərəcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Zəmanət kassası xüsusi bank hesabı formasında yaradılır.
Hər bir xüsusi notarius aylıq gəlirinin bir faizini bu hesaba köçürməlidir.
Beləliklə, mümkün zərərlərin ödənilməsi üçün əlavə maliyyə təminatı yaradılır.
