Bəzi hallarda vətəndaşlardan notariat xidmətinə görə əlavə haqq tutulmayacaq.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Əgər qanunla dövlət rüsumundan azadolma tətbiq edilirsə, xidmət haqqı da alınmır.
Bu qayda dövlət və xüsusi notariusların fəaliyyətinə də şamil edilir.
Beləliklə, güzəştlər həm rüsuma, həm də xidmət haqqına aid olur.