Xüsusi notariusa intizam tənbehinin tətbiqi üçün konkret müddətlər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
İntizam tənbehi pozuntu aşkar edildiyi gündən iki ay ərzində verilə bilər.
Məzuniyyət, ezamiyyət, əmək qabiliyyətinin müvəqqəti itirilməsi və araşdırma müddətləri bu vaxta daxil edilmir.
Pozuntunun törədilməsindən bir il keçdikdən sonra isə intizam tənbehi tətbiq oluna bilməz.