Müəyyən hallarda xüsusi notariusun səlahiyyətləri müvəqqəti olaraq köməkçisinə həvalə oluna bilər.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Bu, notariusun beş gündən artıq ezamiyyətdə və ya məzuniyyətdə olduğu hallarda mümkündür.
Əmək qabiliyyətini beş gündən altı ayadək itirdikdə də köməkçi onu əvəz edə bilər.
Əvəzləmə müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılır.