Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan hüquqi şəxslər vergi güzəştlərindən istifadə edirlər.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Bu fəaliyyətdən əldə olunan mənfəət 2014-cü ildən başlayaraq 13 il müddətinə vergidən azaddır.
Satışdankənar gəlirlər, subsidiyalar və müəyyən dividend gəlirləri üçün də ayrıca güzəştlər nəzərdə tutulub.
Bu mexanizm aqrar sektorun inkişafını dəstəkləməyə hesablanıb.