BMT-nin Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası ilə əlaqədar xüsusi vergi güzəştləri müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Qeyri-rezident hüquqi şəxslərə ödənilən royalti və göstərilən iş və xidmətlərdən əldə olunan gəlirlər bir il müddətinə vergidən azad edilir.
Güzəştlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minir.
Bu mexanizm beynəlxalq tədbirin keçirilməsini təşviq etmək məqsədi daşıyır.
