Vergi ödəyicilərinin gəlirdən çıxılan xərcləri ilə bağlı əsas prinsiplər müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Gəlirin əldə olunması ilə bağlı bütün əsaslandırılmış xərclər və qanunla müəyyən edilmiş icbari ödənişlər gəlirdən çıxılır.
Bu xərclər qanunvericiliyə uyğun qaydada rəsmiləşdirilməlidir.
Rəsmiləşdirilməyən xərclərin gəlirdən çıxılmasına icazə verilmir.
