Bərpa olunan enerji və dövlət-özəl tərəfdaşlığı layihələri üzrə fəaliyyət göstərən hüquqi şəxslər üçün xüsusi vergi güzəştləri müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Bu layihələrdən əldə olunan mənfəət müqavilələrdə nəzərdə tutulan müddət ərzində vergidən azad oluna bilər. Güzəşt müddəti bəzi hallarda 30 ilə qədər davam edə bilir. Bu mexanizm iri investisiyaların cəlb edilməsinə yönəlib.