Vergi Məcəlləsində müxtəlif əsas vəsaitlər üzrə tətbiq edilən amortizasiya normaları müəyyən edilib. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Maşın və avadanlıqlar üçün illik amortizasiya norması 20 faizə, yüksək texnologiyalı hesablama texnikası üçün isə 25 faizə qədər müəyyən olunub. Nəqliyyat vasitələri və geoloji-kəşfiyyat xərcləri üçün də ayrıca normalar təsbit edilib. Bu normalar amortizasiya məbləğinin hesablanması zamanı əsas götürülür.
