Vergi Məcəlləsində mikro və kiçik sahibkarlar üçün yeni güzəşt nəzərdə tutulub.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Mikro sahibkarlar amortizasiya normalarına 2 əmsal tətbiq etməklə daha çox məbləği gəlirdən çıxacaqlar.
Kiçik sahibkarlar isə amortizasiya hesablanarkən 1,5 əmsaldan istifadə edə biləcəklər.
Bu güzəşt sahibkarlıq subyektlərinin investisiya imkanlarını artırmağa yönəlib.
