Qiymətli metallar və qiymətli daşlar sahəsində beynəlxalq əməkdaşlığın əsas prinsipləri müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Əməkdaşlıq Azərbaycanın iqtisadi maraqlarının qorunması prinsipi əsasında qurulacaq.
Bu prosesdə elmi və mədəni maraqların müdafiəsi də nəzərə alınacaq.
Beynəlxalq əməkdaşlıq milli qanunvericiliyin tələblərinə uyğun həyata keçiriləcək.
Müvafiq beynəlxalq əlaqələr dövlət tərəfindən tənzimlənəcək.
Qanun bu sahədə beynəlxalq əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir.
