Qiymətli metal TULLANTILARI

05 Avqust 2026, 01:10

Qiymətli metalların və qiymətli daşların qırıntılarının uçotu və yığılması üzrə yeni tələblər müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Hüquqi şəxslər, hərbi hissələr və digər qurumlar yaranan qırıntıları mütləq toplamalıdırlar.
Onların dəqiq uçotu qanunvericiliyin tələblərinə uyğun aparılmalıdır.
Toplanmış qırıntılar təkrar emal edilə və ya xüsusi razılığa malik müəssisələrə satıla bilər.
Bu qaydalar qiymətli resurslardan səmərəli istifadəni təmin etməyə yönəlib.
Qanun təkrar emal prosesinin də hüquqi əsaslarını müəyyənləşdirir.