Audiovizual media istisna olmaqla, media subyektlərinə vergi güzəşti verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Onların fəaliyyət və reklam gəlirləri, eləcə də dövlət tərəfindən verilən maddi yardımlar 2023-cü ildən etibarən 6 il müddətinə vergidən azad edilir.
Bu güzəşt media sektorunun iqtisadi dayanıqlığını gücləndirməyə yönəlib.
Beləliklə, informasiya resurslarının inkişafı dəstəklənir.