Vergi ödəyicilərinin uzun müddət sahib olduqları iştirak payı və səhmlərin satışından əldə etdikləri gəlirlərə güzəşt verilir.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Ən azı üç il mülkiyyətdə saxlanılmış pay və ya səhmlərin satışından əldə olunan gəlirin 50 faizi vergidən azad olunur.
Bu yanaşma uzunmüddətli investisiyaların təşviqinə xidmət edir.
Nəticədə kapital bazarının inkişafı üçün əlavə stimul yaradılır.
