Vergi Məcəlləsində dövlət investisiyası hesabına alınan aktivlərlə bağlı xüsusi norma müəyyən edilib.
Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb.
Belə aktivlər üzrə hesablanmış amortizasiyanın yalnız 40 faizi gəlirdən çıxılacaq.
Qayda dövlət investisiya proqramı çərçivəsində maliyyələşdirilən layihələrə şamil edilir.
Məqsəd dövlət vəsaitləri hesabına əldə olunan aktivlərin vergi uçotunu tənzimləməkdir.