Mikro sahibkarlıq subyektlərinə amortizasiya hesablanarkən əlavə üstünlük verilir. Heftelik.az-ın məlumatına görə, bu, Vergi Məcəlləsində əksini tapıb. Onlar əsas vəsaitlər üzrə müəyyən edilmiş amortizasiya normalarına iki əmsal tətbiq edə bilirlər. Bu imkan gəlirdən çıxılan amortizasiya məbləğinin artırılmasına şərait yaradır. Güzəşt mikro sahibkarlığın inkişafını dəstəkləməyə xidmət edir.
