Azərbaycanda notariat fəaliyyəti üzrə bütün kargüzarlıq dövlət dilində həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Müraciət edən şəxs dövlət dilini bilmədikdə sənədlər imkan daxilində onun istədiyi dildə hazırlanacaq.
Bu mümkün olmadıqda sənədlər tərcüməçi vasitəsilə tərcümə ediləcək.
Beləliklə, vətəndaşların hüquqlarının təmin olunması üçün əlavə imkan yaradılır.
