Qanun notariusların malik olduğu əsas hüquqları da müəyyən edir.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” qanunda əksini tapıb.
Notarius əqdlərin və digər sənədlərin layihələrini hazırlaya, surətlərini və çıxarışlarını təsdiq edə bilər.
O, notariat hərəkətləri ilə bağlı hüquqi məsləhətlər vermək və zəruri sənədləri tələb etmək hüququna malikdir.
Qanunvericilik notariusa əlavə hüquqların verilməsini də istisna etmir.
