Qanunda notariusun şəhadətnaməsinin ləğv olunmasına səbəb olan hallar dəqiqləşdirilib.
Heftelik.az-ın məlumatına görə, bu, “Notariat haqqında” Qanunda əksini tapıb.
Şəhadətnamə könüllü müraciət, qanun pozuntuları, vətəndaşlığın itirilməsi, cinayətə görə məhkum olunma və digər əsaslarla ləğv edilə bilər.
Notariusun 65 yaşına çatması da bu əsaslar sırasındadır.
Şəhadətnamənin ləğvi ilə notariat fəaliyyətinə də xitam verilir.