Qiymətli metal və qiymətli daş yataqlarının ehtiyat fondunun yaradılması nəzərdə tutulur. Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb. Fond hasilatın tənzimlənməsi və gələcək tələbatın təmin olunması məqsədilə formalaşdırılır. Buraya istifadəyə verilməmiş və ya istifadədən çıxarılmış yataqlar daxil edilir. Yataqların fonda daxil edilməsi barədə qərarı müvafiq icra hakimiyyəti orqanı qəbul edir. Ehtiyat fonduna dair sərəncam da qanunvericiliyə uyğun verilir. Bununla strateji mineral ehtiyatlarının qorunması təmin olunur.
