Dövlət əyar nəzarəti çərçivəsində qiymətli metallar və daşlar üzrə geniş ekspertiza tədbirləri həyata keçiriləcək.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
Qanun dövlət əyar və ad damğalarının ekspertizasını nəzərdə tutur.
Qiymətli metalların və onların qırıntılarının analizi də dövlət nəzarəti çərçivəsində aparılacaq.
Qiymətli daşların ekspertizası və diaqnostikası həyata keçiriləcək.
Zəruri hallarda digər ekspertiza tədbirlərinin də keçirilməsi mümkün olacaq.
Bu yanaşma bazarda saxtakarlıq risklərinin azaldılmasına xidmət edir.