Qiymətli metalların və qiymətli daşların uçotu üzrə vahid tələblər müəyyən olunub.
Heftelik.az-ın məlumatına görə, bu, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunda əksini tapıb.
İstehsal, emal, istifadə və dövriyyə zamanı kəmiyyət və keyfiyyət göstəriciləri qeydə alınmalıdır.
Bu məlumatlar üzrə hesabatların aparılması məcburidir.
Uçot və hesabat qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənəcək.
Yeni sistem qiymətli resursların hərəkətinə effektiv nəzarəti təmin edəcək.
Bu yanaşma şəffaflığın artırılmasına xidmət edir.
