Türkiyəli məşhur müğənni Deniz Seki xəstəxanaya yerləşdirilib.
Heftelik.az xəbər verir ki, evinin eyvanında pişiklərini yemləmək istəyən Deniz Sekinin döşəmədə ayağı sürüşüb və o, yıxılıb.
Deniz Sekinin çanaq sümüyü və onurğasında zədələnmə meydana gəlib. Maslak Acıbadem Xəstəxanasına çatdırılaraq əməliyyat edilən Deniz Sekinin vəziyyətinin yaxşı olduğu və həkimləri tərəfindən yaxından nəzarətdə saxlanıldığı bildirilib.
Deniz Sekinin yıxılmadığı, eyvandan yerə düşdüyü barədə iddialara isə onun yaxın ətrafından cavab gəlib. Açıqlamada deyilir:
“Deniz Seki dünən gecəki konsertdən sonra evində pişik və itlərinə yemək vermək istəyərkən döşəmədə ayağı sürüşüb. Deniz Seki evdə olan iş yoldaşları tərəfindən təcili şəkildə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb. Aparılan müayinələr zamanı Deniz xanımın çanaq sümüyü və onurğasında zədələnmə aşkarlanıb və qısa müddət ərzində əməliyyata alınıb. Şükürlər olsun ki, əməliyyatı uğurlu keçib. Hazırda səhhəti çox yaxşıdır və istirahət edir.
Mətbuatda da yayılan bu bədbəxt hadisə ilə bağlı maraqlanan və narahat olan hər kəsi düzgün məlumatlandırmaq istədik. Xüsusilə bəzi xəbərlərdə Deniz xanımın balkondan aşağı düşdüyü barədə yayılan məlumatlar həqiqəti əks etdirmir. Hadisə evində sürüşkən döşəmədə ayağının sürüşməsi nəticəsində baş verib.
Deniz xanımın səhhəti yaxşıdır və həkimləri tərəfindən yaxından nəzarətdə saxlanılır.
Zəng edən, maraqlanan, xoş arzularını və dualarını çatdıran hər kəsə ürəkdən təşəkkür edirik.
Bir müddət istirahət etdikdən sonra ən qısa zamanda yenidən səhnədə pərəstişkarları ilə görüşəcək”.
