Abşeron rayonunda futbol azarkeşləri arasında baş vermiş insidentlə bağlı cinayət işi başlanılıb.
Heftelik.az xəbər verir ki, avqustun 11-də Masazır qəsəbəsində yerləşən “Bank Respublika Arena” stadionunun qarşısında futbol klublarının azarkeşləri arasında baş vermiş insidentlə bağlı Abşeron Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Hadisə iştirakçıları tutularaq istintaqa cəlb olunub.
Araşdırmalar davam etdirilir.
Qeyd edək ki, insident avqustun 11-də Azərbaycanın “Sabah” və Danimarkanın “Orhus” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda baş verib.
