Siyəzəndə kafedən meyit tapılıb.

Heftelik.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə avqustun 11-i saat 15 radələrində Siyəzən şəhərinin ərazisində yerləşən “Şamlıq” kafesində baş verib.

İaşə obyektinin sanitar qovşağından Quba rayon sakini 1947-ci il təvəllüdlü E.Babayevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.