Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən bu ilin ötən dövrü ərzində suda boğulma təhlükəsi ilə üzləşən 59-u çimərlik mövsümündə olmaqla, 65 nəfər xilas edilib.

Heftelik.az xəbər verir ki, bu barədə APA-ya FHN-dən bildirilib.

Məlumata görə, xidməti nəzarət edilən ərazilərdə ölümlə nəticələnən sudabatma hadisəsi qeydə alınmayıb.

Həmçinin, ümumilikdə 50 nəfərin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.