Atasını qətlə yetirməkdə təqsirləndirilən Ayxan Vəlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Heftelik.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Ayxan Vəlizadənin 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.
Müdafiə vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses 2 sentyabra təyin olunub.
Xatırladaq ki, hadisə 2025-ci ilin dekabr ayında gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi “Gülçülük sovxozu” adlanan ərazidə baş verib.
44 yaşlı İftixar Vəlizadənin yaşadığı evdə kəsici alətlə qətlə yetirilməsi barədə hüquq-mühafizə orqanlarına məlumat daxil olub. İftixar Vəlizadənin 19 yaşlı oğlu Ayxan Vəlizadə şübhəli şəxs qismində saxlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, A. Vəlizadə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə məsuliyyətə cəlb olunub.
